Odessada ölənlərin sayı artdı - 20 ölü, 73 yaralı+Yenilənib

odessada-olenlerin-sayi-artdi
Oxunma sayı: 5298

Rusiya ordusu Ukraynanın Odessa şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb. 

Yaralılar arasında həkim və xilasedicilər də var.

***

Odessada həlak olanların sayı 14, yaralıların sayı isə 46 nəfərə çatıb.

***

“Unian” xəbər agentliyinin yaydığı məlumata görə, raket zərbələri nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 55 nəfər isə yaralanıb.

***

Odessada martın 15-i günortadan sonra Rusiyanın raket hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində 73 nəfər yaralanıb.