Məşhur “Emily in Paris” serialının ulduzu Lili Kollinz, kino ikonu Odri Hepbörnü canlandıracaq.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Sem Uassonun çox satılan “Fifth Avenue, 5 A.M.” adlı bioqrafik əsəri əsasında çəkiləcək ekran işi 1961-ci il istehsalı olan “Breakfast at Tiffany’s”in pərdəarxası məqamlarını işıqlandıracaq.
Filmdə yalnız Hepbörn deyil, yazıçı Trumen Kapote, kostyum rəssamı Edit Hed və rejissor Bleyk Edvards kimi dövrün tanınmış simalarının obrazları da yer alacaq. Süjetdə Hepbörnün bu rola necə razı salınması və filmin zamanla kult statusu qazanması əsas xətti təşkil edir.
Lili Kollinzin bu rola seçilməsində əsas məsələ onun Odri Hepbörnə bənzərliyi ilə də tez-tez diqqət çəkməsidir. Kollinz layihədə təkcə rol almayacaq, həm də prodüser kimi çıxış edəcək.
Çıxış tarixi hələ açıqlanmasa da, layihə artıq xeyli marağa səbəb olub. Layihə ilə moda və kino tarixində iz buraxan bir dövrün yenidən danışılacağı gözlənilir.






Son xəbərlər
Son Xəbərlər