Türkiyədə bazarda idman geyimi oğurladığı iddia edilən 9 yaşlı uşaq satıcı tərəfindən tutularaq iplə bağlanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer rayonunda yerləşən bazarda baş verib.
Bir müddət sonra malı geri alan satıcı uşağı buraxıb, lakin həmin anları mobil telefonu ilə lentə alıb.
Görüntülərin ortaya çıxmasından sonra faktla bağlı araşdırma aparılıb. İnternet saytlarında və sosial media platformalarında yayımlanan görüntülər əsasında aparılmış araşdırmalar nəticəsində uşağın kimliyi müəyyən edilib.
Uşağı iplə bağlayan və həmin görüntüləri sosial şəbəkələrdə paylaşdığı müəyyən edilən 3 nəfər saxlanılıb, azyaşlı isə qorunma altına alınıb.
Saxlanılan şəxslər haqqında “Uşaq oğurluğu” maddəsi üzrə cinayət işi başladılıb.
Hadisə sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.
Son xəbərlər
Son Xəbərlər