“Ölüm hökmü ədalətli olar”

olum-hokmu-edaletli-olar
Oxunma sayı: 9009

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov İran hökumətinin qətli törədən şəxsə ölüm hökmünün verilməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında belə bir qərar olarsa, bunun ədalətli olacağını bildirib:

“Bu xəbəri biz də eşitdik. Amma nə qədər həqiqətə uyğundur bilmirik. Amma bu qərar verilsə, ədalətli olar. Orxanın qanı yerdə qalmaz”. 

Xatırladaq ki, ötən il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.