Omandakı görüşə onlar rəhbərlik edəcək

omandaki-goruse-onlar-rehberlik-edecek
Oxunma sayı: 1293

Bu həftə sonu Omanda İran və ABŞ arasında keçiriləcək görüşə İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “NourNews” agentliyi yayıb. 

Qeyd edək ki, bundan əvvəl A.Araqçı “X” hesabında paylaşım edərək Vaşinqton və Tehranın aprelin 12-də Omanda danışıqlar aparacağını bildirmişdi.