ABŞ və NATO ölkələri Kiyevə minlərlə dron və raket tədarük edərək hücumların həyata keçirilməsinə açıq şəkildə dəstək verirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Rusiyalı diplomat Qərb dövlətlərini Ukraynaya hərbi dəstək verməkdə ittiham edib:
“Aİ və NATO ölkələri Ukraynaya minlərlə pilotsuz uçuş aparatı və raket verərək Kiyevin terror aktları törətməsinə şərait yaratmaqla qürur duyurlar. Qərb ölkələrinin hərbi yardımı münaqişənin uzanmasında əsas faktorlardan biridir. NATO və Aİ tərəfi isə öz növbəsində dəstəyin Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsi məqsədi daşıdığını bildirirlər”.
Məlumat üçün bildirək ki, iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə təcili olaraq “Patriot” sistemləri üçün 300 tutucu raketin verilməsini xahiş edib. Tramp isə iyulun 31-də verdiyi açıqlamada Ukraynada “Patriot” raketlərinin istehsalı ilə bağlı lisenziya məsələsinin hələ müzakirə mərhələsində olduğunu və ziddiyyətlərin qaldığını diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər