ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutacaq görüş zamanı İranla müharibədə növbəti addımların müzakirə edilməsi planlaşdırılır.
ABŞ liderinin Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanın liderləri və ya xarici işlər nazirləri ilə görüşəcəyi bildirilir. Bununla belə, görüşdə digər ərəb və müsəlman liderlərinin iştirakı istisna edilmir.
Qeyd edək ki, daha əvvəl Şimali Karolinada çıxışı zamanı Tramp ABŞ-İran müharibəsinin sonuna yaxınlaşdıqlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər