“Onu izləməkdən zövq alıram” - Ronaldinyo

onu-izlemekden-zovq-aliram
Oxunma sayı: 5435

Braziliya futbolunun ulduzu Ronaldinyo “Barselona”nın gənc ulduzu Lamin Yamal haqda danışıb. 

“Qafqazinfo” bu barədə “L'Equipe” nəşrinə istinadən xəbər verir. 

“Yamal yaşını ötmüş istedaddı. Onu izləməkdən zövq alıram. Amma üzərində işləməyə davam etməlidi. Şübhəsiz ki, yaxın müddətdə daha möhtəşəm oyunçuya çevriləcək”, - deyə Ronaldinyo bildirib.

Qeyd edək ki, Yamal cari mövsümdə ümumilikdə 42 oyunda 13 dəfə fərqlənib.