Oqtay Gülalıyevı Türkiyəyə aparan təyyarə yola düşdü - Fotolar + Video + Yenilənib

oqtay-gulaliyevi-turkiyeye-aparan-teyyare-yola-dusdu
Oxunma sayı: 7342

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq.

Müayinəsi üçün Türkiyədən  dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.

***

Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında olan əməkdaşlarımızın məlumatına görə, Oqtay Gülalıyevi Türkiyəyə aparacaq xüsusi ambulans təyyarə hazır vəziyyətdədir və yaxın dəqiqələrdə yola düşəcək.

***

Oqtay Güləliyev hazırda AZAL-ın xüsusi ambulans təyyarəsinə qaldırılıb, onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb. Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb.

Murad Əhməd 

Fotolar: Nuran Məmmədov