Ov tüfəngindən atəş açıldı - 15 yaşlı yeniyetmə öldü

ov-tufenginden-ates-acildi
Oxunma sayı: 1650

Şəmkirdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Dağ İrmaşlı kəndində 2011-ci il təvəllüdlü yeniyetmə - Elqam Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.