Paşinyan Akopyanla barışmaq istəyir

pasinyan-akopyanla-barismaq-isteyir
Oxunma sayı: 2241

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Gümrüyə səfəri zamanı keçmiş həyat yoldaşı Anna Akopyanla görüntülənməsinə münasibət bildirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Belə ki, cütlüyün yenidən bir araya gəlib-gəlmədiyi ilə bağlı suala cavab verən  Paşinyan bildirib ki, bundan əvvəl Akopyanın verdiyi qərarları şərh edib, lakin, bu, onun həyat yoldaşının qərarı ilə razılaşdığı mənasına gəlmir. 

Bununla yanaşı, Paşinyan Anna ilə yenidən bir araya gəlmək üçün səylər göstərdiyini və belə bir fürsətin yarandığından məmnun olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.