Paşinyan sülh müqaviləsi ilə bağlı danışdı

pasinyan-sulh-muqavilesi-ile-bagli-danisdi
Oxunma sayı: 3315

İnanıram ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi tam miqyasına çatacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı ilə birgə bəyanatı zamanı deyib:

“Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinə düzəlişlərin başa çatdırılması üçün danışıqlar prosesi tam miqyasına çatacaq”.

O, müzakirələr zamanı Ermənistan və Gürcüstan arasında sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımlar atmaq üçün müvafiq idarələrə göstəriş verməyə razı olduqlarını qeyd edib.