“Polat Alemdar”ı “Yeraltı”da görə bilərik

polat-alemdari-yeraltida-gore-bilerik
Oxunma sayı: 2291

“Kurtlar vadisi”nin Polat Alemdarı kimi tanınan aktyor Necati Şaşmazın “Now” kanalında yayımlanan “Yeraltı” serialına qatılacağı iddia olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir o, serialda qonaq qismində çıxış edəcək.

Məlumata görə, N.Şaşmaz serialda sadəcə 2 bölüm rol alacaq.

Qeyd edək ki, “Yeraltı” serialına bundan öncə “Kurtlar vadisi”nin daha iki aktyoru - Muhammed Cangören və Sefa Zengin qatılıb. Onlar 23 ildən sonra eyni rolda çıxış edib. Ekran işində həmçinin “Kurtlar vadisi”nə aid ifadələrin yer alması da izləyicilərdə maraq yaradıb.

Xatırladaq ki, yanvar ayından yayımlanan və reytinq rekordları qıran “Yeraltı”nın ssenari müəllifi də məhz Necati Şaşmazın qardaşı Raci Şaşmazdır. Ancaq onlar uzun müddətdir küsülüdür.