Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara, 12 tüfəng aşkar edilib.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə daha 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər