Aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara aşkar ediblər.
“Qafqazinfo” xəbər verir ki, bundan başqa 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər