Polisin AXCP üzvünün maşınından pul götürməsi iddiasına - DİN-dən reaksiya

polisin-axcp-uzvunun-masinindan-pul-goturmesi-iddiasina
Oxunma sayı: 6520

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev iddia edir ki, o saxlanılan zaman polis əməkdaşları onun avtomobilindən pul götürüblər. 

Elxan Əliyevin avtomobilindən 2500 manat pulun oğurlanması ilə bağlı iddialar araşdırılıb.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, avtomobil saxlandığı 24 saat ərzində onun olduğu küçənin kamera görüntüləri çıxarılıb və yoxlanılıb:

“Avtomobilə pulun götürülməsi ehtimal olunan vaxt aralığında — 24 saat ərzində onun tanışı olan iki şəxs yaxınlaşıb. Digər şəxslərin, polis əməkdaşlarının avtomobilə yaxınlaşdığı müşahidə olunmayıb. Həmin görüntülər Elxan Əliyevə göstərilib. Onun avtomobilinə yaxınlaşan və tanışları olan həmin iki nəfərin 2500 manatı götürüb-götürməməsi araşdırılır. E.Əliyevə təqdim olunan videogörüntülərdən məmnunluğunu bildirib və aclığı dayandırıb”.