Polis dünən bu qədər silah-sursat aşkarlayıb

polis-dunen-bu-qeder-silah-sursat-askarlayib
Oxunma sayı: 743

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 14-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara aşkar edib.

Bundan başqa, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron da aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tədbirlər davam etdirilir.