Polşa Prezidenti Karol Navrotski şəxsi hüquqlarının qorunması tələbi ilə Varşava Rayon Məhkəməsinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TVN24 telekanalı məlumat yayıb.
Bildirilir ki, buna 2025-ci ilin mayında “Onet” portalında Navrotskinin keçmişdə qadın alveri ilə mümkün əlaqəsindən bəhs edən məqalənin dərc edilməsi səbəb olub. “Karol Navrotski və Qrand Hotelin sirləri” sərlövhəli məqalədə qeyd olunur ki, Navrotski Sopot şəhərində fəaliyyət göstərən hoteldə mühafizəçi kimi çalışarkən, qonaqlar üçün fahişələrin cəlb edilməsi prosedurunda iştirak edib.
Dövlət başçısı dərc edilmiş materiala görə üzr istənilməsini tələb edib.
Məhkəmə iclası bu gün qapalı rejimdə keçirilir. İş üzrə beş şahidin dindirilməsi gözlənilir.
Polşa prezidenti həmçinin nəşrin müəlliflərini də məhkəməyə verib. Prokurorluq Navrotskinin təhqir edilməsi ilə bağlı jurnalistlərə qarşı ittiham aktını məhkəməyə göndərib. İş üzrə dinləmə noyabrın 12-nə təyin olunub.
Son xəbərlər
Son Xəbərlər