Ukrayna kəşfiyyatı Rusiyanın yeni raket və dron hücumları ilə bağlı gizli sənədləri ələ keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat paylaşıb.
Dövlət başçısının sözlərinə görə, əldə olunan sənədlər Rusiyanın yaxın vaxtlarda “qərarların qəbul olunduğu mərkəzlərə” intensiv zərbələr endirməyi planlaşdırdığını sübut edir:
“Hədəflər sırasında 20-yə yaxın mühüm siyasi mərkəz və hərbi komanda məntəqəsi yer alır. Kiyevin mərkəzində yerləşən hökumət binaları, Prezident Ofisi və Zelenskinin kabinetlərinin yerləşdiyi müxtəlif mərtəbələrin dəqiq koordinatları Rusiyanın hədəf siyahısındadır. Ukrayna lideri bu təhdidlərə kəskin reaksiya verərək bildirib ki, hər bir hücumun ağır nəticələri olacaq”.
Son xəbərlər
Son Xəbərlər