Putin Hindistana gedir

putin-hindistana-gedir
Oxunma sayı: 477

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. 

Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək 18-ci BRİKS sammitində iştirak edəcək. 

Qeyd edək ki, ilkin olaraq Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) tərəfindən qurulan BRİKS təşkilatına sonradan Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya və İndoneziya üzv qəbul olunub.