“Putinlə də müzakirələr aparırıq” - Tramp

putinle-de-muzakireler-apaririq
Oxunma sayı: 278

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna üzrə sülh sazişinin şərtlərini müzakirə etdiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə amerikalı lider Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi təkbətək görüşdə bildirib.

Ağ Evin yutub kanalında yayımlanan kadrlar Trampın razılaşmaya çox yaxın olduqlarına işarə etdiyini göstərir.

Tramp tərəflərin razılığa gələcəyini vurğulayıb:

“Düşünürəm ki, onlar razılaşma əldə etmək üzrədirlər və bu sazişin nədən ibarət olduğunu əvvəlcədən açıqlamaq istəmirəm. Biz bu barədə çox danışırıq, o cümlədən prezident Putinlə də müzakirələr aparırıq. Hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək”.

Qeyd edək ki, sentyabrın 5-də ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün isə onlar Kiyevə yollanaraq münaqişənin tənzimlənməsini Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə ediblər. Uitkoff bu təmasların yekununda əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar BƏƏ, Türkiyə və ya İsveçrədə keçirilə bilər. O, görüşün əsas mövzularından birinin enerji obyektlərinə zərbələrin dayandırılması olacağını istisna etməyib.

Kreml də öz növbəsində danışıqlar prosesinin bərpa olunacağına ümid etdiyini bildirsə də, ehtimal edilən üçtərəfli görüşün detallarını hələlik açıqlamır.

Xatırladaq ki, bundan əvvəl Zelenski Ukraynadakı münaqişənin tezliklə başa çatacağına dair ümidlərini bölüşmüşdü.