Qadın sürücü yüksək sürətlə qəza törətdi, ölən var - Fotolar +Yenilənib

qadin-surucu-yuksek-suretle-qeza-toretdi-olen-var
Oxunma sayı: 8091

Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə saat 17:00 radələrində marketin qarşısında olub. Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə yol kənarındakı avtomobilin sürücüsü hadisə yerində həlak olub. 

Qeyd edək ki, “Chevrolet” markalı avtomobilin sürücüsü qadın olub.

***

Oktyabrın 10-da saat 17 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsində baş vermiş ağır qəzada ölən şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər sakini İ.Əhmədova idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kəlbəcər rayon sakini Fəxri Umudovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurub. Nəticədə F.Umudov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.