Məlumat üçün bildirək ki, sayt fəaliyyətə başladığı 2010-cu ildən indiyə qədər oxucuların şərh yazması, xəbərlərə münasibət bildirməsi, polemikaya girməsi üçün şərait yaradılıb. Burada məqsəd oxucularla birbaşa ünsiyyət yaratmaq, normal diskussiya mədəniyyətinə rəvac vermək olub.
Sutka ərzində sayta təxminənən 2000-dən artıq şərh daxil olsa da, bu günə qədər onların böyük əksəriyyəti “nikname”lərlə, yəni şərti adlar altında yazılıb. Eyni zamanda aparılan 5 illik təhlillər bu nəticəni ortaya çıxarıb ki, oxucular mövzulara intellektual şərh yazmaq əvəzinə əksər hallarda qeyri-etik, aşağalayıcı, mövzudan kənar şərhlər yazmaqla özləri və şərh bölməsi haqda mənfi imic yaradırdılar. Bu günə qədər dəfələrlə “Qafqazinfo”da haqqında yazı gedən şəxslər, bizim tərəfdaşlarımız, köşə yazılarının müəllifləri bu haqda narazılıqlarını bildirib və onların yazılarına gələn şərhlərin adekvat olmadığından şikayət ediblər. Biz hər dəfə şərhçilərin mövqeyini müdafiə edirdik, onlara demək olar ki, hər yazıda xəbərdarlıq edilirdi ki, qeyri-etik şərhlər yazmasınlar. Redaksiyanın iki əməkdaşı gündüz və gecə növbəsində sutkada 18 saat sayta daxil olan 2000-dən artıq şərhi oxuyaraq onlardan təxminən 500-nü silirdilər. Buna səbəb isə o həmin 500 şərhin söyüş və təhqirdən ibarət olması idi. Bəzən sayta gələn şərhlər “Qafqazinfo”nu məhkəməyə qədər aparıb.
Digər tərəfdən forumlarda bəzən təbliğat və ya əks-təbliğat xarakterli planlı kampaniyalar başladılırdı. Bu isə redaksiyanın bütün işinə mənfi təsir edirdi.
Bir sözlə, bizim arzuladığımız və nəzərdə tutduğumuz diskussiya formatı təəssüf ki, alınmadı. Və redaksiya olaraq şərh bölməsinin bağlanmasına qərar verdik.
Ümidvarıq ki, saytda şərh yazanlar bunu anlayışla qarşılayacaqlar.
Son xəbərlər
Son Xəbərlər