“Qalatasaray” “Brügge” ilə bərabərə qaldı - Video

qalatasaray-brugge-ile-berabere-qaldi
Oxunma sayı: 3279

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, A qrupunda “Qalatasaray” “Brügge”ni qəbul edib.

Oyunda hesabı Türkiyə təmsilçisi açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. "Brügge" 90+2-ci dəqiqədə bərabərlik qolunu vurub. Oyun 1:1 hesabıyla başa çatıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

5-ci tur
A qrupu

21:55. “Qalatasaray” (Türkiyə)  – “Brügge” (Belçika) - 1:1

Qollar: A.Büyük, 11 - Diatte, 90+2