“Qalatasaray” Leroy Sanenin transferini rəsmiləşdirdi

qalatasaray-leroy-sanenin-transferini-resmilesdirdi
Oxunma sayı: 1274

Türkiyənin “Qalatasaray” klubu Leroy Sanenin transferini rəsmiləşdirib.

“Qafqazinfo” klubun yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

Almaniya millisinin üzvü hər mövsüm üçün 9 milyon avro maaş alacaq.

Qeyd edək ki, Sane son mövsümdə “Bavariya”nın heyətində Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.