“Qalatasaray”dan qələbə, “Beşiktaş” uduzdu

qalatasaraydan-qelebe-besiktas-uduzdu
Oxunma sayı: 1664

Türkiyə Super Liqasında XIX turun oyunları davam edir.

"Qafqazinfo" xəbər verir ki, hesabat turunda "Beşiktaş" səfərdə "Göztəpə"nin qonağı olub. Qarşılaşma izmirlilərin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Digər İstanbul nəhəngi "Qalatasaray" isə "Konyaspor" səfərindən 3:0 hesablı qələbə ilə ayrılıb.

Türkiyə Superliqası
XIX tur
26 yanvar
"Göztəpə" - "Beşiktaş" - 2:1

Akbunar, 25; Borqes, 45+2 - Burak Yılmaz, 38 (pen.)

"Konyaspor" - "Qalatasaray" - 0:3
Falkao, 26; Əmrə Akbaba, 39; Adəm Büyük, 79