Qalaya 1800 əyarlıq zinət əşyası ilə qatıldı - Fotolar

qalaya-1800-eyarliq-zinet-esyasi-ile-qatildi
Oxunma sayı: 623

Hindistanlı milyarder Mukeş Ambaninin qızı İşa Ambani 2026-cı ilin “Met Gala” gecəsində geyimi ilə dünya mediasının diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” “People”a istinadən xəbər verir ki, dizayner Qaurav Qupta tərəfindən hazırlanan xüsusi geyim üzərində 50 usta ümumilikdə 1200 saatdan çox çalışıb.

Obrazın ən bahalı və mənəvi dəyəri yüksək olan hissəsi İşanın üzərində daşıdığı brilyantlar olub. Onun geyimi və bəzək əşyalarındakı daşların ümumi çəkisi 1800 karata yaxın olub. Xüsusilə korset hissəsi İşanın anası Nita Ambaninin şəxsi kolleksiyasından olan 200-dən çox nadir almazla bəzədilib.

Gecədə ən çox müzakirə olunan detallardan biri isə İşanın əlindəki manqo formalı aksessuar olub. Şəffaf çantada daşınan sözügedən element isə əslində, meyvə deyil, hindli rəssam Subod Quptaya məxsus, təxminən 800 qram ağırlığında olan tunc heykəltəraşlıq nümunəsidir.

Xatırladaq ki, İ. Ambaninin saçı üçün hazırlanan xüsusi bəzək elementi mis, kağız və bürüncdən istifadə edilməklə 150 saat ərzində hazırlanıb. Onun obrazını “Lorraine Schwartz” imzalı brilyant boyunbağı və 50 karatlıq zümrüd tamamlayıb.