Bir neçə gün əvvəl Qara dənizdə Türkiyəyə məxsus “Ro-Ro” tipli “Nadezhda” gəmisi PUA hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, Oxu.az həmin hücumun anbaan görüntülərini əldə edib.
Videoda PUA-nın gəmiyə çırpılma anı və göyərtədəki azərbaycanlılardan bir neçəsinin xəsarət alması əks olunub.
Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib.
Ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.
Sözügedən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər