Amerikalı aktyor Çedvik Bouzman 42 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə onun rəsmi tvitter səhifəsində məlumat verilib.
“Ölçüyəgəlməz kədərlə Bouzmanın vəfatını təsdiqləyirik”, - paylaşımda deyilir.
2016-cı ildə Bouzmana III dərəcəli yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu, hansı ki, sonradan IV dərəcəliyə keçmişdi. Aktyor 4 ildir ki, xəstəlilklə mübarizə aparırdı. O, öz evində, ailəsinin əhatəsində vəfat edib.
Çedvik Bouzman daha çox Marvel Kinematoqrafiya Kainatında Qara pantera super qəhrəmanı obrazı ilə məşhurdur. Bundan başqa, Bouzman “42”, “Misir Allahları”, “Marşall” və s. filmlərdə rol alıb.
Son xəbərlər
Son Xəbərlər