UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda “Liverpul”la qarşılaşacaq “Qarabağ” İngiltərəyə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Liverpul şəhərinə yollanıb.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 29-u saat 00:00-da “Anfild Road” stadionunda keçiriləcək.
















Son xəbərlər
Son Xəbərlər