“Qarabağ” Kamilo Duranla belə vidalaşdı - Video

qarabag-kamilo-duranla-bele-vidalasdi
Oxunma sayı: 1076

“Qarabağ” Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı klub rəsmi paylaşım edib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. 

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub. 

Ağdam klubunun paylaşımını təqdim edirik: