Misli Premyer Liqasında 28-ci tur davam edir.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.
“Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Yevlax klubu hazırda 11 xalla turnir cədvəlində sonuncu, Şamaxı təmsilçisi isə 32 xalla səkkizincidir.
Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə “Şamaxı” 3:0 hesabı ilə qələbə qazanıb.
Turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.
Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, paytaxt klubu isə 66 xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün mütləq qələbə qazanmalıdır.
Cari mövsüm çempionatda tərəflər arasında keçirilən oyunlardan birində “Sabah” qələbə qazanıb (2:1), digəri isə heç-heçə bitib (3:3).
18 aprel (şənbə)
15:30. “Karvan-Yevlax” - “Şamaxı”
Yevlax şəhər stadionu
19:30. “Qarabağ” - “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu
19 aprel (bazar)
15:30. “Kəpəz” - “İmişli”
18:00. “Sumqayıt” - “Qəbələ”
17 aprel (cümə)
“Zirə” - “Neftçi” - 1:1
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3.
Son xəbərlər
Son Xəbərlər