“Qafqazinfo”nun məlumatına görə, Ağdamın “Qarabağ” Ağdam klubu ikinci təsnifat mərhələsində Maltada yerli “Valletta” komandası ilə qarşılaşıb. Əsasən “Qarabağ”ın üstünlüyü ilə keçən oyun 1-0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. “Qarabağ”ın qolunu 17-ci dəqiqədə Çumbinyo vurub.
Oyunun 84-cü dəqiqəsində isə “Valletta”nın oyunçusu Daniel Camiller qırmızı vərəqə ilə meydandan qovulub.
85-ci dəqiqədə isə rəqibin qapısına təyin olunan penaltini Riçard Almeyda qola çevirə bilməyib. Onun zərbəsini qapıçı Vella dəf edib. Ümumiyyətlə rəqibin qapıçısı çox güclü oynayıb və hesabın artmasına dəfələrlə imkan verməyib.
Cavab oyunu iyulun 22-də Bakıda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər