“Qarabağ”ın keçmiş rəqibi indikini darmadağın etdi - Video

qarabagin-kecmis-reqibi-indikini-darmadagin-etdi
Oxunma sayı: 1124

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.

“Liverpul” rəqibini darmadağın edib - 4:1. Mersisaydlıların qollarını Uqo Etkitike (41,43), Florian Virtz (67), Konate (90+3) vurub. “Nyukasl”dan isə Qordon fərqlənib.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la rəqib olub və təmsilçimizə 6:0 hesabı ilə qalib gəlib. “Nyukasl” isə ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.

“Liverpul” - “Nyukasl” matçının qollarına buradan baxa bilərsiz.