Qaradağda növbəti qəbul keçirildi - Fotolar

qaradagda-novbeti-qebul-kecirildi
Oxunma sayı: 1147

Aprelin 19-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Korgöz qəsəbəsində səyyar qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Korgöz qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 50-ə yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.