Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir

qaribasvilinin-ardinca-butun-hokumet-istefaya-gedir
Oxunma sayı: 2660

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasından sonra bütün hökumət istefaya gedir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb.

Gürcüstan Konstitusiyasına görə, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır və hökumət yeni Baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.

Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini icra edəcəklər. Parlamentin indi yeni Baş nazirə və onun təmsil etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var.

Məlumata görə, Gürcüstan hökumətində Baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı departamentin rəhbərlərinə də təsir edəcək. O cümlədən, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət Nazirliklərinin rəhbərləri dəyişdiriləcək.

Etibar qazanmaq üçün hökumət ən azı 76 parlament üzvünün dəstəyini almalıdır.