Qarmon ifaçısı COVID-19-dan dünyasını dəyişdi

qarmon-ifacisi-covid-19-dan-dunyasini-deyisdi
Oxunma sayı: 11040

Qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Əməkdar artist Abbas Bağırov instaqram hesabında paylaşım edib. 

İfaçının sözlərinə görə, Nəbi Məmmədov bir həftədən çox koronavirusa yoluxub və səhhəti pisləşib. Virusla mübarizə aparan qarmon ifaçısı sonda COVID-19-un qurbanı olub.

Qeyd edək ki, 31 yaşlı N.Məmmədov Hüseyn Məmmədoğlunun ansamblında çıxış edib. Onun bir neçə gün öncə oğul övladı dünyaya gəlib. Bu zaman qarmon ifaçısı komada olub.