Qaxda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində olub.
Hərəkətdə olan “Ford” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-21015”də olan sürücü və sərnişinlər hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alanlar Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətindən “Qafaqazinfo”ya bildirib ki, iyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər- 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mübariz Muradov




Son xəbərlər
Son Xəbərlər