Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobil “Opel” markalı maşınlar toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər vəfat edib. Qəza yerinə aidiyyəti qurumun rəsmiləri cəlb olunub. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır.
***
Qəzada nəticəsində ölənlərin sayı 3-ə çatıb. Hadisədə vəfat edən və yaralanan şəxslərin şəxsiyyəti də məlum olub.
Qəzada Səkinə Mustafayeva (1958), Məqsəd İbrahimov (1968) və Faxrəddin Musatafayev (1959) hadisə yerində vəfat ediblər. Şəadət Mustafayev (1997) isə ağır vəziyyətdə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı Fövqaladə Hallar Nazirliyinin (FHN) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilas ediciləri tərəfindən çıxarılaraq aidiatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər