Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatdı - Yenilənib

qazaxistanda-parlament-seckilerinde-sesverme-basa-catdi
Oxunma sayı: 930

Qazaxıstanda Qurultaya (birpalatalı parlament) ilk seçkilər keçirili.

“Qafqazinfo” xəbər verir ki, səsvermə Astana vaxtı ilə səhər saat 07:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq.

 Deputatlar korpusu beş illik müddətə seçilən 145 üzvdən ibarət olacaq. Ümumilikdə yeddi partiyadan 545 namizəd yerlər uğrunda mübarizə aparır.

***

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-a qədər 9 095 298 seçici səs verib.

Ölkə üzrə seçici fəallığı 72,15 faiz olub.

***

Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.

10 mindən çox seçki məntəqəsi bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.