Bakıda kirayə qalan 2 nəfər dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonundakı mənzillərin birində baş verib.
Orada kirayədə yaşayan İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazının təsirindən zəhərlənib.
R.Məmiyev hadisə yerində ölüb, İ.Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Oxşar hadisə Qubada da baş verib. Dünən saat 17 radələrində Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
***
“Report”un məlumatına görə, R.Məmiyev Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.
***
Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün 2000-ci il təvəllüdlü şəxs (kişi) dəm qazından zəhərlənmə səbəbi ilə xəstəxananın Toksikologiya şöbəsinə gətirilib.
Şəxsə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda həmin şəxsin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Fotoda Ramazan Məmiyev

Son xəbərlər
Son Xəbərlər