Qələbəyə görə 3 milyon aldılar

qelebeye-gore-3-milyon-aldilar
Oxunma sayı: 1928

Türkiyə Superkubokunun qalibi olan “Fənərbaxça”nın rəhbərliyi “Qalatasaray” üzərində qazanılan qələbəyə görə komanda üzvlərinə vəd etdiyi pul mükafatını ödəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, final matçından əvvəl futbolçuları motivasiya etmək üçün xüsusi büdcə ayıran klub rəhbərliyi 2:0 hesablı qələbədən sonra komandaya ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) mükafat verib. Əldə olunan uğura görə ayrılan məbləğ heyətdəki futbolçular və texniki heyət arasında bölüşdürülüb.

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu qələbə ilə həm mövsümün ilk titulunu qazanıb, həm də 2014-cü ildən sonra ilk dəfə Superkuboku muzeyinə aparıb.