Tramp həmin təklifə belə reaksiya verdi - “Əla fikirdir!”

tramp-hemin-teklife-bele-reaksiya-verdi
Oxunma sayı: 3662

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun Kuba prezidenti təyin edilməsi ideyasını müsbət qarşılayıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən birinin Rubionun Kuba prezidenti olacağı barədə paylaşımına Tramp özünün “Truth Social” hesabında “Əla fikirdir!” şərhini yazıb.

Yanvarın 8-də radio aparıcısı Hyu Hevitə müsahibə verən Tramp Kubanın hazırda uçurumun kənarında olduğunu və dərin böhran keçirdiyini bildirib. O, Rubionun Kuba mənşəli olmasını və regionu yaxşı tanımasını xüsusi qeyd edərək, adadakı rejimin gələcəyinin sual altında olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat ilə Nikolas Maduronun ələ keçirilməsindən sonra senator Rik Skott da daxil olmaqla, bir sıra respublikaçılar ABŞ-nin Kuba və Nikaraquada da analoji “nizam-intizam” yaratmaq niyyətində olduğunu açıqlayıblar.