Azərbaycanı seçib himnimizi oxudu - Video

azerbaycani-secib-himnimizi-oxudu
Oxunma sayı: 2723

Məşhur hindistanlı Formula 1 pilotu Karun Çandhok bayraq oyunu çərçivəsində verilən sualda Azərbaycanı seçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky Sports” video paylaşıb.

Belə ki, jurnalistin “Himninə görə hansı ölkəni seçərdin?” sualına Çandhok “Azərbaycan” cavabını verib və Azərbaycanın dövlət himnini zümzümə etməyə başlayıb.

Bu maraqlı an sosial mediada da diqqət çəkib.