ABŞ-də “Superman”i dünyaya tanıdan 1938-ci il tarixli “Action Comics №1” komiksinin nadir nüsxəsi anonim kolleksiyaçı tərəfindən 15 milyon dollara alınıb.
“Qafqazinfo” xəbər verir ki, satış ABŞ-də yerləşən hərrac evi və kolleksiyaçı platforması arasında aparılıb.
Bu qiymət 2025-ci ilin noyabrında eyni komiksin 9,12 milyon dollara satılması ilə qeydə alınan əvvəlki rekordu üstələyib. İlk dəfə 1938-ci ildə 10 sentdən satılan “Action Comics №1” “Superman” də daxil olmaqla, bir sıra məşhur personajların debüt etdiyi hekayələr toplusudur.
Məşhur aktyor Nikolas Keyc 1996-cı ildə komiksi 150 min dollara almışdı. Lakin 2000-ci ildə komiks Keycin evindəki bir ziyafət zamanı oğurlanmış və 11 il sonra Kaliforniyadakı anbarda tapılmışdı. Bu müddət ərzində komiksin dəyəri kəskin artmış, Keyc onu yenidən tapdıqdan altı ay sonra 2,2 milyon dollara satmışdı.
Son xəbərlər
Son Xəbərlər