Etirazçıları “terrorçu” adlandırdı

etirazcilari-terrorcu-adlandirdi
Oxunma sayı: 1852

Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf parlament üzvləri qarşısında çıxış edərək, ölkədəki son hadisələri və küçə etirazlarını qiymətləndirib.

“Qafqazinfo”nun məlumatına görə, o, çıxışında ABŞ və İsrailin etirazçıları dəstəklədiyini bildirib.

“Düşmənlər 12 günlük müharibə zamanı daxili terrorçuları aktivləşdirməyi planlaşdırırdılar, amma uğursuz oldular. İndi isə daxili terrorçuları aktivləşdiriblər. Biz terrorçularla mübarizə aparırıq”, - parlament sədri vurğulayıb.

Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.