Moskva-İrəvan reysində sərnişinin çantası alışıb yandı - Video

moskva-irevan-reysinde-sernisinin-cantasi-alisib-yandi
Oxunma sayı: 2429

Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “FlyOne Armenia”nın 3F324 reysi ilə uçan sərnişinə məxsus şəxsi əşyaları olan çanta enişdən az əvvəl yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya verib və yanğını söndürüblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb və təyyarə sağ-salamat İrəvana enib.

İlkin məlumatlara görə, çantadakı “Powerbank” alışıb. Hadisənin təfərrüatları araşdırılır.