İngilisləri çaşdıran çəhrayı səma - Qeyri-adi təbiət hadisəsi?

ingilisleri-casdiran-cehrayi-sema
Oxunma sayı: 2375

Böyük Britaniyada Birminhem və ətraf ərazilərdə dünən axşam saatlarında səma qeyri-adi çəhrayı rəngə boyanıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər sosial mediada sürətlə yayılıb.

İnsanlar bu rəngi fövqəltəbii hadisə, qəribə atmosfer effekti kimi təsvir ediblər.

Qeyd edək ki, səmanın çəhrayı rəngə boyanması 2026-cı ilin yanvarında “Goretti” fırtınası zamanı yaranan qar yağışı və buludlu hava şəraitində meydana çıxıb.

İnsanlar arasında çaşqınlığa səbəb olan görüntülərin səbəbi sonradan məlum olub.

“Birmingham City” futbol stadionunda ot örtüyünü yaxşılaşdırmaq üçün quraşdırılmış böyümə LED lampaları var. Bu lampaların işığı qarla örtülü buludlara əks olunduqda səma çəhrayı-bənövşəyi görünüb.