Venesuelaya görə BMT binası qarşısında etiraz aksiyası keçirdilər

venesuelaya-gore-bmt-binasi-qarsisinda-etiraz-aksiyasi-kecirdiler
Oxunma sayı: 573

ABŞ-nin Venesuelaya qarşı hərəkətlərinə etiraz olaraq Beyrutun mərkəzindəki BMT binası qarşısında etiraz aksiyası keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Livan Demokratik Gənclər Birliyi Venesuela ilə həmrəylik mitinqinə çağırıb.

Livan Demokratik Gənclər İttifaqının rəhbərliyinin üzvü Mohamad Kanc bəyan edib ki, hərəkat gündəlik olaraq kütləvi etirazlarda iştirak edən Venesuela gənc solçu hərəkatları ilə birbaşa əlaqədədir.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Cütlük orada hakim qarşısına çıxarılıb.