Qəzada özü öldü, oğlu yaralandı - Foto

qezada-ozu-oldu-oglu-yaralandi
Oxunma sayı: 2924

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Samux-Kür yolunun Sarıqamış kəndi ərazisində hərəkətdə olarkən ötmə zamanı qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. 

Hadisə nəticəsində sürücü Rafiq Behbudov vəfat edib. Avtomobildə olan sürücünün oğlu, Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü Emin Behbudov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Yunis Quliyev